Suriya Konstitusiya Komitəsi toplana bilmədi – Heyətlərarası görüş pozuldu

saytların hazırlanması

Evə çatdırılma

Suriya Konstitusiya Komitəsi toplana bilmədi – Heyətlərarası görüş pozuldu

Dünya

02 Dekabr 2019 09:57 1206


Suriyada keçid konstitusiyasını hazırlayacaq hökumət, müxalifət və müstəqil heyətləri təmsil edən 45 nəfərlik konstitusiya yazacaq qrupun toplantısı baş tutmayıb. “Yeni Sabah” xəbər verir ki, Cenevrədə iclas salonuna gəlməmişədən heyətlər arası görüş pozulub. 

BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir O. Pedersen bildirib ki, ümumi toplantının baş tutmamasının səbəbi heyətlərin əsas gündəm maddələri ilə bağlı anlaşma əldə edə bilməməsi olub. 

Suriyada keçid dövrünü həyata keçirəcək Konstitusiya Komisisyası bu ayın əvvəlində Cenevrədə toplanıb. İqtidar, müxalifət və vətəndaş cəmiyyətinin hər birindən 50 nəfər olmaqla 150 nəfərlik heyət ölkədə sülhü və siyasi keçidi razılaşdırmalıdır. Eyni zamanda hər qrupdan 15 nəfər olmaqla Konstitusiya yazacaq qrup yaradılıb. Bu qrup isə ölkənin yeni konstitusiyasını hazırlamalıdır.  Pepperoni pizza

Suriya konstitusiya komitəsinin təşkili ideyası ilk dəfə Suriya milli dialoq konfransında irəli sürülüb.

Suriya milli dialoq konqresi 2018-ci il janvarın 29-u və 30-da Rusiyanın Soçi şəhərində keçirilib.

Suriya milli dialoq konqresinin keçirilməsi haqda razılıq Astana prosesi üzrə zəmanətçi ölkələr kimi İran, Türkiyə və Rusiya başçılarının Rusiyada keçirilən 2017-ci il noyabr iclası gedişində əldə olnub.

Astana müzakirələri İranın təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlığı, eləcə də Suriyada sülhün bərqərarı məqsədilə 2017-ci ilin yanvarından başlanıb.

İran, Türkiyə və Rusiya Astana prosesi üzrə zəmanətçi ölkələr kimi Suriya böhranının həllinə çalışırlar.

Lakin müşahidələrə əsasən Suriyada davamlı sülh və siyasi keçid üçün ilk növbədə böyük güclərin, Rusiya və ABŞ-ın dil tapması və ya ən azı razılıq verməsi lazımdır. Hazırda isə bu, yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!