Suriyada hökumət qüvvələri itki verdi

saytların hazırlanması

Evə çatdırılma

Suriyada hökumət qüvvələri itki verdi

Dünya

14 Noyabr 2021 10:24 654


Deyr əz-Zor əyalətində Suriya ordusunun və Milli Müdafiə Qüvvələrinin (MMQ) azı 13 üzvü öldürülüb.

Yenisabah.az "Al Jadeed"ə istinadla xəbər verir ki, əsgərlər Misrab bölgəsində İŞİD ekstremist qruplaşmasının silahlıları tərəfindən pusquya salınıb.

Qarşıdurma zamanı hökumət qüvvələri səhranın dərinliklərinə çəkilən terrorçulara qarşı mübarizə aparıb. Xəsarət alan hərbçilər  xəstəxanaya yerləşdirilib. pizza mizza

Sentyabrın 7 və 19-da Suriyanın şərqində İD qruplaşmasının silahlı hücumları nəticəsində 11 əsgər və hərbçi həlak olub.

Telekanalın məlumatına görə, İŞİD yaraqlıları son aylarda Deyr əz-Zor və Homs əyalətlərində xeyli güclənib, onlar ordunun nəzarət-buraxılış məntəqələrinə və hərbi nəqliyyat karvanlarına bir neçə dəfə hücum ediblər, hökumət qoşunları itki verib.

Suriya Silahlı Qüvvələrinin komandanlığı antiterror əməliyyatlarının keçirilməsi məqsədilə şərq rayonlarına əlavə hərbi qüvvələr göndərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!