Martın 28-dən aprel ayının 28-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində "Təmiz hava” aylığı keçirilir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin "Yeni Sabah"a verdiyi məlumata əsasən, bunun əsas məqsədi avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazlarını insanların sağlamlığına təhlükə yaratması eləcədə havanın çirkləndirilməsinin qarşısının alınmasıdır:
”Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlanılmalıdır və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsiz normalara uyğun olunmalıdır”. pizza sifarişi
Rüfət Quliyev bildirib ki, ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar.
Telegram kanalımız