Sürücünün bu hərəkəti dəhşətli qəzanın qarşısını aldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Sürücünün bu hərəkəti dəhşətli qəzanın qarşısını aldı - VİDEO

Hadisə

30 Oktyabr 2025 10:41 374


Yollarda baş verən ağır qəzalarda çox zaman iki amil eyni anda özünü göstərir – bir sürücünün yüksək sürətlə hərəkət etməsi, digərinin isə manevri diqqətsiz şəkildə yerinə yetirməsi. Bu cür hallarda birinin məsuliyyətsizliyi, digərinin ehtiyatsızlığı ilə birləşəndə, nəticə adətən ağır olur.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Bildirilib ki, diqqətsiz edilən manevr sürücünün ətrafdakı vəziyyəti tam qiymətləndirməməsi, güzgülərdən istifadə etməməsi, zolaq və ya dönmə qaydalarına əməl etməməsi deməkdir: "Yüksək sürətlə gələn nəqliyyat vasitəsi isə bu ani səhvə reaksiya verməyə vaxt tapmır və qəza qaçılmaz olur. Dominos pizza

Unutmayaq: birinin diqqətsizliyi, digərinin sürəti – bir anda həyatları dəyişə bilər.

Yolda hər hərəkət düşünülmüş olmalı, hər qərar məsuliyyətlə verilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!