Şuşa-Laçın yolu bağlandı: Ermənilər açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Şuşa-Laçın yolu bağlandı: Ermənilər açıqlama yaydı

Rəsmi

04 Noyabr 2020 16:44 54394


Şuşa-Laçın yolu mülki əhali üçün bağlanıb. Yenisabah.az xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb. Məlumatda aydın olur ki, hazırda döyüşlər Şuşa yaxınlığında gedir.

Ermənilərin Şuşa-Laçın yolunu mülki əhalinin üzünə bağlaması onların bölgəni tərk etməsinin qarşısını almaq məqsədi daşıyır. Ermənistan müharibə başlayandan mülki əhalinin Dağlıq Qarabağı tərk etməsinə imkan vermir. Bu, İrəvana Azərbaycan Ordusunu mülki əhalini hədəfə almaqda ittiham etmək üçün gərəkdir. Hətta bəzi məlumatlarda bildirilir ki, ermənilər hərbi texnikalarını mülki əhalinin sıx yaşadığı ərazilərə yerləşdirir. Bununla da mülki əhalini faktiki qurbana çevirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!