Şuşada Beynəlxalq Kulinariya Festivalı başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

Şuşada Beynəlxalq Kulinariya Festivalı başa çatdı

Mədəniyyət

08 May 2022 15:50 1595


Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı başa çatıb.

Yenisabah.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir - FOTO - VİDEO
Dünya səyahətə çıxan Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
Səfir: "Xəmsə” heykəltəraşlıq kompozisiyası Xarkovdan Kiyevə təxliyə edilib
Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub. Marqarita pizza

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edilib. Bu konsepsiyaya əsasən, pavilyonlar da fərqli formatda quraşdırılıb. Hər pavilyon qonaqları həmin ölkəyə xas memarlıq üslubu, milli musiqi ilə salamlayıb, tanınmış əsərlərdən parçalar səhnələşdirilib. Tədbir zamanı hər bir ölkənin pavilyonunda həmin ölkələrin mədəniyyətlərinə aid xüsusi personajlar yer alıb, qonaqları maraqlı nömrələrlə əyləndiriblər. Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edilib, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.

Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilib.

Festival tədbir iştirakçılarının Azərbaycanın milli rəqsi olan “Yallı” sədaları altında rəqsi ilə yekunlaşıb.APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!