Şuşada folklor, fotoqrafiya və incəsənət festivalları keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Şuşada folklor, fotoqrafiya və incəsənət festivalları keçiriləcək

Mədəniyyət

25 Fevral 2022 21:08 682


Şuşada folklor, fotoqrafiya və incəsənət festivalları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2022-ci ilin mayında Xarıbülbül” beynəlxalq folklor festivalının keçirilməsini təmin etməlidir. Marqarita pizza

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fonduna 2022-ci il ərzində Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivalının keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu “Şuşa-2022” beynəlxalq incəsənət festivalının keçirilməsini təmin etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!