“Şuşada keçirdiyi tədbir axmaqlıq idi”  - Köçəryan

saytların hazırlanması

Evə çatdırılma

“Şuşada keçirdiyi tədbir axmaqlıq idi” - Köçəryan

Maraqlı

07 İyun 2021 16:23 1577


“Dağlıq Qarabağın müstəqilliyini tanımadıq, çünki ən azından prezidentliyim dövründə bu müharibənin başlanğıcı demək idi”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu “Ermənistan” blokunun rəhbəri Robert Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, onun hakimiyyətdə olduğu dövrdə Dağlıq Qarabağla assimetrik konfederasiya qurmaq üçün hər şey edilib. “Qarabağın öz parlamenti və dövlət strukturları var idi. Bu, dövlət quruluşu deməkdir. Müharibə yaratmamaq üçün həmişə ehtiyatlı davrandığımız bəzi məsələlər var idi. Əminəm ki, Paşinyanın komandası hakimiyyətə gəlməsəydi, hələ 30 il danışıqlar apara bilərdik. Bəs mövcud hakimiyyət nə etdi? Müzakirələri çıxılmaz vəziyyətə gətirdilər. Hamıya yalan danışdılar. Elə bir vəziyyət yaratdılar ki, nə Azərbaycan, nə də vasitəçilər istədiklərimizi başa düşdü. Sonra Qarabağın Ermənistan olduğunu dedilər, daha sonra danışıqlarda maraqlı olmadıqlarını, yalnız təhlükəsizliklə maraqlandıqlarını dedilər. Bu, populist ifadələrdir”. Toyuqlu pizza

Ermənistanın ikinci prezidenti rəqibinin Şuşada keçirdiyi tədbiri də xatırladıb. “Bizim üçün olduğu qədər Azərbaycan üçün də bu həssas məsələdir. Sonda dedilər, danışıqlar yolu ilə bir şey əldə edəcəyinizə ümid etməyin. Biz 3 milyon deyil, 50 milyon, rəqibiniz isə 3-4 milyonu olsaydı, bu şəkildə davrana bilərsiniz, amma əks vəziyyətdə axmaqlıqdır. Bir sözlə, müharibənin labüd olması, müharibədə məğlub olmaq üçün hər şeyi etdilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!