“Şuşanın azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Şuşanın azad olunmasına görə” medalı haqqında əsasnamə təsdiq edildi - Foto

Siyasət

01 Dekabr 2020 20:56 1607


Prezident İlham Əliyev “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında əsasnaməni təsdiq edib. 

Yenisabah.az xəbər verir ki, “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Pepperoni pizza

“Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Qubadlının azad olunmasına görə” medalından sonra taxılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!