Qarlı hava şəraiti ilə əlaqədar Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur", - deyə məlumatda qeyd olunub. Dominos pizza
Telegram kanalımız