“Şüvəlan”  çempion oldu

saytların hazırlanması

Evə çatdırılma

“Şüvəlan” çempion oldu

İdman

24 May 2019 08:02 1203


Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi IV Heydər Əliyev Kubokuna yekun vurulub.

“Yeni Sabah” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən yarışda 4 komanda – "Şüvəlan”, MOİK, "Araz-Naxçıvan” və "Arpaçay” qalib adı uğrunda mübarizə aparıb.

"Arpaçay” və "Araz Naxçıvan” mübarizəsində 3:0 hesabı ilə qalib gələn "Araz –Naxçıvan” 3-cü yeri təmin edib. Sonuncu oyunda isə "Şüvəlan” və MOİK üz-üzə gəlib. "Şüvəlan” 1-0 hesablı qələbə qazanaraq çempion olub. MOİK isə ikinci yerdə qərarlaşıb. Pepperoni pizza

Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri olub. Ən yaxşı qapıçı adına "Şüvəlan”ın üzvü Həsən Hüseynov, ən yaxşı sahə oyunçusu adına isə Turqay İbrahimov layiq görülüb. 

Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!