Tacir Fədayə ilə bağlı arzusundan danışdı: “Çıxsın, yenidən...”

saytların hazırlanması

Evə çatdırılma

Tacir Fədayə ilə bağlı arzusundan danışdı: “Çıxsın, yenidən...”

Şou

05 Oktyabr 2019 10:17 3107


Müğənni Tacir Şahmalıoğlu son zamanlar şou-biznesdə gündəm olan mövzular barəsində fikirlərini bildirib. 

“Yeni Sabah”a açıqlama verən 54 yaşlı ifaçı əvvəlcə “Maşın” şoudan danışıb:

“Maşın” şou başlayıb. Düzü, şouya baxmağa mən vaxt edə bilməmişəm. İşlərim o qədər çoxdu ki, baxa bilmirəm. Mən istədim, istəmədim onsuz da, bir qalib olacaq. Maşını aparan hər kim olacaqsa, ona indidən uğurlar arzulayıram. Hərdən baxıram amma”. pizza sifarişi

O, xalq artisti Gülyaz Məmmədovanın toy qiymətlərindən gileylənərək sənəti olmayanların məclisə baha qiymətə getməsi fikrinə də münasibət bildirib:

“Mənə elə gəlir ki, toy qiymətlərinin fəxri ada dəxli yoxdur. Elə müğənnilər var ki, heç fəxri adı yoxdur, amma adı olanlardan min dəfə yuxarı qiymətə gedir. Yəni, bu məsələ adla bağlı olan bir şey deyil. Bu sənətlə bağlıdır, məncə”. 

Tacir Şahmaloğlu əvvəllər eşq yaşadığı deyilən həmkarı Fədayə Laçının həbs cəzasının 5 ildən 2 ilə endirilməsindən danışdı. O, xanım ifaçının azadlığa çıxacağına çox sevindiyini bildirib:

“Fədayə Allahın köməkliyi ilə ayın 23 də çıxmalıdır. Həmişə dua edirdik ki, Allah qapısını açsın. Çıxsın, yenidən öz fəaliyyətinə başlasın. Mən həmişə bunu arzu etmişəm”.

Tacir Şahmalıoğlu cümə günü "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) oyunu zamanı stadiona qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının gətirilməsi haqda da danışıb:

“Bu mənim yaralı yerimdir, yaralı yerimə toxundunuz. Mən “Qarabağ”  komandasının indi yox, 25-30 il bundan qabaqdan azarkeşiyəm. Oyunçuları ilə  səmimi tanışlığım var, yoldaşlığım, dostluğum var. Onların bütün tədbirlərində iştirak edirəm. 3-4 gündür ki, xəstəyəm, pis vəziyyətdə idim son oyuna baxmamışam ona görə. Amma çox təəssüfləndim”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!