Tacir Şahmalıoğlu: “Mənim səsim əvəzolunmazdır” -   Video

saytların hazırlanması

Evə çatdırılma

Tacir Şahmalıoğlu: “Mənim səsim əvəzolunmazdır” - Video

Mədəniyyət

21 Dekabr 2020 14:56 1749


Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Təyyar Bayramovun oğlu Kənanın onun məşhur "Bayatı şiraz"ını oxumasından danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramının qonağı olan T.Şahmalıoğlu həmkarının oğlunun onu yamsıladığını deyib:

"Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil. Səsimdə çalarlar var ki, muncuq kimi düzmüşəm. İndi səslərin başına oyun gətirirlər: təmizləyirlər, nələr edirlər. Neçə ildir sənətdəyəm, heç kimi qısqanmamışam. Mənə neçə dəfə mahnımı oxumaqla bağlı müraciət edilibsə, demişəm olar. Amma o demək deyil ki, məni təkrarlayasan. Mənim ifamdan çox önəmli yerlərdə istifadə edilib. Bu səs əvəzolunmazdır, onu ikiləməyə heç kimin ixtiyarı yoxdur”. Toyuqlu pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!