Tahir Budaqov işə başladı

saytların hazırlanması

Evə çatdırılma

Tahir Budaqov işə başladı

Siyasət

10 Fevral 2026 10:13 373


Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, onu fevralın 10-da Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib. 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. pizza

T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də anadan olub. O, 2015-2026-cı illərdə Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb. Prezident İlham Əliyevin fevralın 9-da imzaladığı sərəncamla T.Budaqov vəzifəsindən azad edilib və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!