Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuranlar saxlanıldı - Kürdəmirdə

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuranlar saxlanıldı - Kürdəmirdə

Kriminal

20 İyul 2019 11:45 1076


Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə zamanı Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən 3 nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16  bıçaq xəsarəti yetiriblər. Sürücü ona hücum edən şəxslər canını qurtaqmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.

Hadisə barədə məlumat daxil olan kimi Kürdəmir Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar. pizza

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan  kəsici  alətlərlə sürücüyə hücm edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədi ilə sürücüyə yaşadıqları rayonun ərazisində yox kənarda hücum edərək quldurluq cinayəti törədiblər. 

Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər. Hadisə zamanı bıçaq xəsarəti alan Yaşar Səmədov üzləşdiyi cinayətin qısa zamanda açılmasını təmin etdiyi üçün polis əməkdaşlarına təşəkkürünü bildirib.

Polis əməkdaşları dəstə üzvlərinin digər cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!