“Tale Bağırzadə və Əli Kərimlinin ortaq tulaları var” –   Fazil Mustafadan sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Tale Bağırzadə və Əli Kərimlinin ortaq tulaları var” – Fazil Mustafadan sərt açıqlama

Siyasət

02 İyul 2019 05:38 1720


“Tale Bağırzadənin və Əli Kərimlinin ortaq tulaları var. Bunlar iki qardaşdırlar. Hər ikisi də sosial şəbəkədə əleyhimizə total böhtançılıq kampaniyası aparırlar. Adları da Xaliq Bahadır və Rövşən Hacıbəyli. İkisi də "Azadlıq" qəzetində Əbülfəz Elçibəyin əleyhinə hər cür şərəfsizliyə qol qoymuş simasızlardır”.

“Yeni Sabah” xəbər verir ki, bu sərt ifadələri millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb. O, bildirib ki, Rövşən Hacıbəyli onu ermənilərə işləməkdə suçlayan paylaşım edib və aşağıdakıları yazıb:

“AŞPA-nın dünənki iclasında Rusiyanın bu quruma qayıtmasını dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan nümayəndə heyəti tam tərkibdə qətnamənin, yəni Rusiyanın lehinə səs verib. Ukrayna torpaqlarını işğala görə Rusiya AŞPA-da səsvermə və nümayəndələrinin çıxışı hüququndan məhrum edilmişdi - 2014-cü ildə. Toyuqlu pizza

Qarabağın işğalına dolayısıyla dəstək verən deputatlarımız. Onları siz də tanıyın. İşğalı və işğalçını alqışlayanları”.

F. Mustafa qeyd edib ki, onun səsvermədə niyə belə səs verilməsi barədə hər hansı məlumatı yoxdur: “Ermənilərlə işbirliyi içində olan Rövşən Hacıbəyli və məsələni araşdırmadan rəy yazan erməni uşaqları! Əvvəla mən AŞPA-nın son iki sesiyasında ümumiyyətlə iştirak etməmişəm. Yəni Strasburqa getməmişəm. 

İkincisi, hətta iştirak etsəm belə, əvəzedici heyətdə olduğuma görə səsvermə hüququna malik deyiləm. 

Üçüncüsü isə, görəsən bu faktlarla tanış olandan sonra Rövşən Hacıbəyli kimi böhtançılar təkzib verib öz əxlaqsızlıqlarını etiraf edəcəklərmi?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!