Tale Heydərovun gedişindən sonra “Qəbələ”də toy-bayramdır

saytların hazırlanması

Evə çatdırılma

Tale Heydərovun gedişindən sonra “Qəbələ”də toy-bayramdır

İdman

27 Aprel 2019 16:04 1724


“Qəbələ”nin sabiq prezidenti Tale Heydərovun gedişindən sonra komanda 3 oyun keçirib ki, hər birində də qələbə qazanıb.

“Yeni Sabah” xəbər verir ki, “Qarabağ”la baş tutan son 3 oyununda uduzan Qəbələ təmsilçisi prezidentin istefa verməsindən sonra bu tilsimi qıra bilib. Belə ki, “qırmızı-qaralar” Ağdam təmsilçisi ilə kubok uğrunda yarımfinal mübarizəsinin ilk oyununda Ceyms Adeniyinin vurduğu qolla minimal hesablı qələbəyə imza atıb.

Bundan əvvəl isə “Zirə”ni doğma meydanında qonaq edən bölgə təmsilçisi David Volkov və Ceyms Adeniyinin fərqlənməsi ilə 3 xalı hesabına yazıb. pizza

Komanda “Keşlə” ilə səfər matçında isə Ceyms Adeniyi və David Volkovun vurduğu qollarla 1:2 hesabla qalib gəlib.

Eyni zamanda müdafiəçi Bəhlul Musatafazadəyə 2 məşhur klubdan təklif gəlib. “Seltik” və “Reyncers” kimi məşhur klublar futbolçunu almaq uğurunda mübarizəyə başlayıblar.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!