Tale Heydərovun İngiltərə vətəndaşlığı alması haqda –   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Tale Heydərovun İngiltərə vətəndaşlığı alması haqda – Açıqlama

Siyasət

02 İyul 2019 11:06 2892


Fövqəladə Hallar naziri Kəmalədddin Heydərovun oğlu Tale Heydərovun Böyük Britaniya vətəndaşlığı alması haqda açıqlama verilib.

Gilan Holdinqin Marketinq və Kommunikasiyalar Şöbəsinddən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, son günlər bir neçə xəbər saytlarında yayılan yazılarda Tale Heydərovun Britaniya vətəndaşlığının alınması iddia olunur. 

Məsələ ilə əlaqədar bildiririk ki, yayılan məlumatlar iftira olaraq, həqiqətə uyğun deyildir. Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib. Marqarita pizza

Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən cənab Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır.

Qeyd olunanlarla əlaqədar, cənab Tale Heydərovun şəxsi və işgüzar nüfuzuna xələl gətirəcək böhtan xarakterli, təsdiq olunmamış məlumatların yayılmasına yol verməməyiniz və təkzib məktubunu  yerləşdirməyiniz xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!