“Taleyimdən, qismətimdən şikayətçi deyiləm” - Şəhriyar Məmmədyarov

saytların hazırlanması

Evə çatdırılma

“Taleyimdən, qismətimdən şikayətçi deyiləm” - Şəhriyar Məmmədyarov

İdman

23 Sentyabr 2019 08:38 1111


Xəbər verdiyimiz kimi, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının 1/8 finalında digər həmyerlisi Şəhriyar Məmmədyarovu məğlub edib.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkədə fikirlərini paylaşan Ş. Məmmədyarov məğlubiyyəti belə şərh edib:

Əlbəttə, son oyunda daha gedişi əvəzinə “h6” gedişi etsəydim, qələbə qazanacaqdım. Bu, birinci görüşdə də uduş idi. Əsas odur ki, gözəl şanslarım vardı. İstifadə edə bilmədim. Amma taleyimdən, qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, inamlı çıxışı davam edəcək. Özümə isə gələcəkdəki yarışlarda diqqətli olmağı arzulayıram. Artıq sevimli ailəmin, böyümüş oğlumun yanında olacağıma sevinirəm. Çempion olmaq bizim də qismətimizdə var. Bu gün deyil, sabah olsun. İnşallah, gözəl geridönüş edəcəyəm”.  pizza mizza

“Şah” oyununu Hollandiya millisi ilə də müqayisə edib: “Mən futbol üzrə Hollandiya yığmasına bənzəyirəm. Onlar kimi gözəl oynayıb, məğlub oluram. Sadəcə əziyyətimə heyfsilənirəm. Çox gözəl oynamışdım, amma qapıda Canluici Buffon dayanmışdı”. 

Qeyd edək ki, Dünya Kubokunun 1/8 final mərhələsində əsas matçları heç-heçə oynayan qrossmeysterlər qalibi tay-brekdə müəyyənləşdiriblər. Yekunda 3,5:2,5 hesabı ilə qalib gələn T. Rəcəbov 1/4 finala yüksəlib. O, bu mərhələdə amerikalı Ceffri Şonqla üz-üzə gələcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!