“Taliban“ alman şirkəti ilə müştərək nəşə zavodu quracaq

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ alman şirkəti ilə müştərək nəşə zavodu quracaq

Dünya

25 Noyabr 2021 17:13 1035


"Taliban" hökuməti Avstraliya şirkəti ilə çətənə (kannabis) emalı zavodu qurmaq barədə razılaşma xəbərini təkzib edib.

Yenisabah.az "Ofoq News"a istinadla xəbər verir ki, "Taliban"ın Daxili İşlər Nazirliyi müştərək müəssisənin Avstraliya deyil, Almaniya şirkəti ilə razılaşdığını açıqlayıb.

"Emal zavodu dərman hazırlama məqsədləri üçün qurulacaq", - deyə DİN sözçüsü Səid Xosti öz Tvitter hesabında qeyd edib. Sezar pizza

Xostinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsi Almaniyanın "Sifarm" şirkəti ilə narkotik bitki emalı zavodunun yaradılması barədə razılığa gəlib.

Müqaviləyə əsasən, "Sifarm" Əfqanıstana 400 milyon dollardan çox sərmayə qoyacaq.

Noyabrın 24-də "Taliban" təmsilçisi Avstraliyanın "CPharm" şirkəti ilə Əfqanıstanda narkotik maddələrdən krem ​​hazırlanacağını bildirib.

Son açıqmadan sonra "Sifarm", öz növbəsində, "Taliban"la hər hansı bir razılaşmanı mövcudluğunu rədd edərək, istehsal şirkəti olmadığını, yalnız məsləhət verdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!