“Taliban“ sələflərinin əmlakını qaytaracaq

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ sələflərinin əmlakını qaytaracaq

Dünya

25 Noyabr 2021 13:52 647


Müvəqqəti "Taliban" hökumətinin Nazirlər Şurası Əfqanıstanın keçmiş hökumət rəsmilərinin evləri və şəxsi avtomobillərini geri qaytarmaq qərarına gəlib.

Yenisabah.az "Tolou News"a istinadla xəbər verir ki, bununla əlaqədar Baş nazirin müavini Əbdülsalam Hənəfinin başçılıq etdiyi işçi qrup müəyyən edilib. İşçi qrupa daxili işlər, müdafiə, kəşfiyyat nazirlikləri, eləcə də bələdiyyələrin nümayəndələri daxil olunub.

Şura keçmiş dövlət məmurlarından miras qalan və ya sahibləri hələlik naməlum evlərin və şəxsi avtomobillərin geri qaytarılmasına cavabdehlik daşıyır. pizza mizza

"Taliban" sözçüsü Zəbihullah Mücahid işçi qrupun hələ fəaliyyətə başlamadığını bildirib.

Xatırladaq ki, köhnə rejimin süqutundan sonra keçmiş hökumət məmurlarının evləri və şəxsi maşınları müsadirə edilib. Eyni zamanda, qruplaşmanın 650-dən çox üzvü "Taliban"ın adından sui-istifadə edərək özgə əmlakını qanunsuz müsadirə etdiyi üçün təhlükəsizlik qüvvələrindən uzaqlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!