Talıbovlar bütün qohumlarla əlaqəni kəsib

saytların hazırlanması

Evə çatdırılma

Talıbovlar bütün qohumlarla əlaqəni kəsib

Siyasət

13 Yanvar 2023 09:08 5291


Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, onunla bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir. 

Qeyd edək ki, ötən gün KİV-də onun və ailə üzvlərinin könüllü “ev dustaqlığını” seçdiyinə dair xəbərlər yayıldı. Talıbovların vəzifədən gedəndən sonra evdən çölə çıxmadığı iddia olunurdu. 

Yenisabah.az bununla bağlı daha bir məlumat əldə edib. Vasif Talıbovun yaxın qohumlarından biri saytımıza deyib ki, indi onlar nəinki evdən çıxmır, hətta yaşadıqları malikanənin qapılarını hamının üzünə bağlayıblar.  Dördpendirli pizza

Mənbənin sözlərinə görə, Talıbovlar üçün “qara gün” sayılan 21 dekabr tarixindən sonra onlar ən yaxın qohumları ilə də ünsiyyəti kəsiblər. Vasif Talıbov və övladları heç bir zəngə cavab vermir, onlara baş çəkməyə gələn qohumları qəbul etmirlər. 

“Vasif Talıbovun Naxçıvandakı malikanəsi mülki geyimli idmançılar tərəfindən qorunur. Mühafizəçilər Vasif müəllimi ziyarət etmək istəyən adamların hamısını qapıdan geri qaytarırlar” – deyə, mənbə sözlərini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!