Talış dağlarında qarın hündürlüyü 21 sm-i keçib - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Talış dağlarında qarın hündürlüyü 21 sm-i keçib - FAKTİKİ HAVA

Sosial

06 Fevral 2025 09:44 218


Lənkəran-Astara zonasında intensiv yağıntılar olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Saat 09:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Pepperoni pizza

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!