Tanınmış azərbaycanlı polkovnik vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış azərbaycanlı polkovnik vəfat etdi - FOTO

Hadisə

30 Yanvar 2026 21:30 4039


Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam oğlu Orucov uzunsürən xəstəlikdən sonra 68 yaşında Moskva şəhərində vəfat edib.

"Yeni Sabah" Manset.az-a istinadən xəbər verir ki, Vidadi Orucov 1957-ci ildə Göygöy rayonunda anadan olub. 

Qeyd edək ki, mərhum əslən Böyük Vedi Vedibasar bölgəsindən idi. pizza sifarişi

O, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakultəsində təhsil alıb. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə işləmişdi. Polkovnik rütbəsində təqaüdə çıxmışdı.

Mərhum Rusiyada soydaşlarımız arasında öz xeyirxah əməlləri ilə böyük nüfuza sahib olub.

Mərhum Göygöl rayonunda dəfn olunub.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!