Tanınmış həkim vəfat etdi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkim vəfat etdi - FOTO

Sosial

11 Aprel 2026 14:31 593


Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

 "Yeni Sabah" xəbər verir ki,həkim bu gün dünyasını dəyişib.

Qeyd edək ki, H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. O, ilk olaraq Salyan rayonunun Pratman-Gəncəli kəndində həkim işləyib, 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib. pizza sifarişi

H.Bağırov xəstəxanada kardioloji kabinet yaradıb, qısa müddətdə burada 40 çarpayılıq şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.

Məlumat üçün bildirək ki, 86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırov ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir./oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!