Tanınmış jurnalist infarktdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist infarktdan öldü

Hadisə

25 Oktyabr 2025 12:28 335


Türkiyə idman mətbuatının önəmli simalarından biri, veteran jurnalist Faiq Çetiner dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, uzun illər “Fanatik” qəzetində köşə yazıları yazan və Türkiyə idman mediasına mühüm töhfələr verən jurnalist Faiq Çətiner 69 yaşında vəfat edib.

Türkiyə Gənclər və İdman naziri Dr. Osman Aşkın Bak mərhum idman yazarı Faiq Çətiner üçün başsağlığı yazıb. Toyuqlu pizza

Nazir Bak başsağlığı mesajında aşağıdakı ifadələri yerləşdirib:

"İdman mətbuatının görkəmli siması, veteran jurnalist Faiq Çətinərin vəfatı xəbərini dərin hüznlə öyrəndim. Allahdan ona rəhmət diləyir, ailəsinə, yaxınlarına, media mənsublarına və idman ictimaiyyətinə başsağlığı verirəm".

Fanatik qəzeti Çetinerin vəfatı ilə bağlı yazısında, "İdman mətbuatının sayılıb-seçilən simalarından, veteran jurnalist Faiq Çetinerin vəfat etdiyini böyük kədərlə öyrəndik. Mərhuma Allah rəhmət etsin, ailəsinə, sevənlərinə və idman ictimaiyyətinə başsağlığı veririk" deyib.

Qeyd edək ki, 2023-cü ildə infarkt keçirən Çetiner bypass əməliyyatı keçirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!