Tanınmış kinorejissor vəfat etdi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış kinorejissor vəfat etdi - Foto

Mədəniyyət

28 Yanvar 2021 11:48 1046


Azərbaycan aktyoru, rejissor dublyajist, əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.

Yenisabah.az xəbər verir ki, bunu aktyorun qızı İlhamə Həbibi sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, atası 78 yaşında dünyasını dəyişib. Pepperoni pizza

Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.

Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür.

Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə və “ukladka” edib. Kinostudiyanın istehsal etdiyi bədii filmlərin və Vaqif Mustafayevin filmlərinin səsləndirilməsində məsləhətçi-rejissor olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!