Tanınmış “maşın alverçisi” vətəndaşları aldadıb ölkədən qaçdı - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış “maşın alverçisi” vətəndaşları aldadıb ölkədən qaçdı - RƏSMİ

Kriminal

12 İyun 2025 20:46 3561


Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs barədə axtarış elan olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib.

O qeyd edib ki, 32 yaşlı Elvin Tofiq oğlu Hüseynov barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 249 764 manat təşkil edir. Toyuqlu pizza

Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verib və daha sonra ölkəni Gürcüstan istiqamətində tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!