Uzun illər Naxçıvanın ali təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərən Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Məmməd oğlu Rzayev vəfat edib.
Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.
Qeyd edək ki, V.Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. 2000-ci ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasında dosent vəzifəsində çalışıb. pizza hut
Uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Onun 8 kitabı, 3 metodik vəsaiti və 100-dən artıq elmi məqaləsi nəşr olunub.
Vahid Rzayev elmlər doktorluğu dissertasiyasını müdafiə etsə də, xəstəliyi səbəbindən təsdiqinin sevincini yaşaya bilməyib.
Allah rəhmət eləsin.
Telegram kanalımız