Tanınmış teatr xadimi Natiq Gülməmmədov vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış teatr xadimi Natiq Gülməmmədov vəfat etdi

Mədəniyyət

19 Noyabr 2022 21:15 2141


Bu gün axşam saatlarında Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov ürək çatışmazlığından vəfat edib.

Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “mədəni maarif” fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir.

1973–1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır. Marqarita pizza

2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxmışdır.

Qeyd edək ki, Natiq Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisidir./Yencağ.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!