Tanınmış təşkilatın icraçı direktoru 49 yaşında vəfat etdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış təşkilatın icraçı direktoru 49 yaşında vəfat etdi - FOTOLAR

Sosial

06 Mart 2026 12:04 1462


Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Gülnarə Aslanbəyli 49 yaşında vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

G.Aslanbəyli uzun sürən onkoloji xəstəlikdən sonra martın 6-da səhər saatlarında dünyasını dəyişib. Pepperoni pizza

Qeyd edək ki, G.Aslanbəyli 1977-ci ildə anadan olub. O, “The George Washington University School of Business”də magistr dərəcəsini “Təhsil İdarəçiliyi və İnsan İnkişafı” ixtisası üzrə bitirib.

G.Aslanbəyli 2020-ci ilin aprelindən “AmCham Azərbaycan”ın icraçı direktoru vəzifəsində çalışırdı. 

Ailəli olan G.Aslanbəylinin iki övladı var.

Xatırkladaq ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!