Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

Hadisə

07 Noyabr 2025 11:36 3445


Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen məsuliyyətə cəlb olunub.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib. Marqarita pizza

Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə “Koti” İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!