Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazandılar

Maraqlı

29 Avqust 2021 19:58 1197


Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar. Dördpendirli pizza

Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.

Beləliklə, 11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!