TAP kommersiya əməliyyatlarına başlayır

saytların hazırlanması

Evə çatdırılma

TAP kommersiya əməliyyatlarına başlayır

İqtisadiyyat

15 Noyabr 2020 16:46 1064


Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

Yenisabah.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Baar, İsveçrə. Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başladı. Toyuqlu pizza

Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışmışdır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!