Slovakiyanın müdafiə naziri Yaroslav Nad Rusiyanın Ukraynaya müdaxiləsinə görə prezident Vladimir Putini Adolf Hitlerlə müqayisə edib.
Aydın məsələdir ki, Vladimir Putin Adolf Hitler deyil, lakin son hadisələrdən sonra onu Hitlerlə müqayisə edənlər heç də az deyil.
Bu gün sosial şəbəkələrdə və etiraz nümayişlərində tez-tez bu iki personajı birləşdirən fotomontajlara rast gəlmək olar. Marqarita pizza
Bəs görəsən, Putini "bu günün Hitleri" hesab etmək olarmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tarixçi-alim Boran Əziz qeyd edib ki, kimə bənzədilməsindən asılı olmayaraq, Putinin hərəkətləri yolverilməzdir və sərt şəkildə qınanmalıdır:
“Hərənin öz şəxsi fikri var. Əlbəttə ki, müstəqil bir dövlətə hücum etmək, torpaqların işğalı ilə bağlı qoşunları göndərmək, dinc insanların ölümünə bais olmaq, xalq tərəfindən seçilmiş hakimiyyəti devirməyə cəhd göstərmək, öz iradəsini zorla diqtə etdirmək xoşagəlməz haldır. Bu, təkcə Ukrayna ilə bağlı deyil, bütünlükdə digər müstəqil dövlətlər üçün də ciddi təhlükə törədir. Əgər digər kiçik dövlətlər böyük dövlətlərin iradəsi və arzusu ilə hərəkət etsələr, adam seçsələr onda müstəqillikdən əsər-əlamət qalmaz. Ona görə də Putinin kimə bənzədilməsindən asılı olmayaraq, bu cür hərəkət yolverilməzdir və qınanmalıdır. Xüsusilə də Buçada yaşayış ərazilərindəki dinc insanların amansızcasına öldürülməsi cavabsız qalmamalıdır. Hesab edirik ki, xalqımızın başına gətirilmiş Xocalı faciəsinin günahkarları da daxil olmaqla bu insanların hamısı beynəlxalq məhkəməyə çıxarılmalı və cəzalandırılmalıdırlar”.
Onun sözlərinə görə, bu vəhşiliyin törədilməsində əli olanlar tarix qarşısında mütləq cavab verəcəklər:
“Bu hadisələrin sonunun necə bitəcəyini dəqiqliklə deyə bilmərəm, amma hesab edirəm ki, bütövlükdə bu faşizm, avtoritarizm və demokratiya arasında gedən mübarizədir. Enində-sonunda bütün imperiyalar yaranır, inkişaf edir və süquta uğrayır. Bu, tarixi qanunauyğunluqdur. Bunun da keçici olacağı və süquta uğrayacağı şübhəsizdir. Əlbəttə, bu əzablı, uzun mübarizədə 10 minlərlə günahsız insanların qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması, yüz illər ərzində başa gəlmiş insanların ata-babalarının yurdlarının dağıdılması ürək ağrıdıcıdır. Mən inanıram ki, buna səbəb olanlar tarix qarşısında cavab verəcəklər”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız