Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az sentyabrın 25-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1396 - Nikopol yaxınlığındakı döyüşdə Birinci Bəyazidin qoşunu səlibçiləri darmadağın edib. Döyüş nəticəsində Bolqarıstan 1878-ci ilədək Osmanlının əyalətinə çevrilib. Dominos pizza
1493 - Kolumb ikinci dəfə Amerikaya səyahətə yola düşüb.
1763 - Rusiyada ilk ictimai xəstəxana yaradılıb.
1804 - Amerikada ilk insan hüquqları Bəyannaməsi verilib.
1909 - Fransada dünyada ilk dəfə olaraq aviasiya sərgisi açılıb.
1911 - İtaliya Osmanlı dövlətinə qarşı müharibə elan edib.
1926 - Ford zavodlarında 5 günlük 8 saatlıq iş rejiminə keçilib.
1932 - Kataloniya muxtariyyət əldə edib.
1962 - Əlcəzair xalq demokratik respublikası elan edilib.
1974 - Elm adamları aerozolların ozon təbəqəsini korlaması barədə bəyannamə yayıblar.
1987 - Qahirədə ilk metronun açılışı olub.
1989 - Litva Ali Soveti 1940-cı il sovet işğalını qanunsuz elan edib.
1999 - Rusiya xarici borca görə dünya lideri olub (160 milyard dollar).
Telegram kanalımız