Tarixi abidəyə müdaxilənin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Tarixi abidəyə müdaxilənin qarşısı alındı

Mədəniyyət

15 İyul 2023 16:44 4327


Yasamal rayonu, Tolstoy küçəsi 131 ünvanında yerləşən 3753 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat yayıb.

Aşkar olunan müdaxilə faktının qarşısı dərhal alınıb. Abidənin fasadına vurulan rəng təmizlənib, əlavə qurğular sökülüb, tarixi tikili ilkin görkəminə qaytarılıb. Pepperoni pizza

Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!