"İkinci həyat yoldaşım məndən 20 yaş balacadır. Ayağı ruzili, bərəkətli oldu".
Yenisabah.az xəbər verir ki, bunu ARB TV-də efirə gedən "Onun sirri" proqramında aktyor Tariyel Qasımov deyib.
"İlk həyat yoldaşımla 40 ildən sonra ayrıldıq. Yetkin övladlarımız var idi. Onun bir kəlmə sözünü qəbul edə bilməyib, o vaxt mənə Prezidentin verdiyi evi də adına keçirdim, yalnız pencəyimi götürüb çıxdım. İkinci həyat yoldaşım məndən 20 yaş balacadır. Ayağı ruzili, bərəkətli oldu". Pepperoni pizza
Aktyorun ikinci xanımı Rübabə Qasımova deyib ki, ailəsi aktyorla evliliyinə qarşı çıxıb:
"Mən onunla ailə qurmaq istəyəndə ailəm narazılıqla qarşıladı. Çünki Tariyel Qasımov 40 ildən sonra ailəsindən ayrılıb, səhhətində problemlər var idi. Güclə gəzirdi. Amma indi onunla ailə qurduğum üçün şükür edirəm. Çox xoşbəxtəm".
İmamət İSMAYILOVA
Telegram kanalımız