Tarkovskiyə qadağa: “Ədalətli addım və iqtisadi sanksiyadır“ -   Əli İsa Cabbarov

saytların hazırlanması

Evə çatdırılma

Tarkovskiyə qadağa: “Ədalətli addım və iqtisadi sanksiyadır“ - Əli İsa Cabbarov

Mədəniyyət

04 Mart 2022 21:10 1719


“Müharibə istər-istəməz incəsənətə də təsir edir. O vaxt Almaniya ilə bağlı da belə oldu, bütün dünya ictimaiyyəti onu boykot etdi".

Bunu Yenisabah.az-a Gənc Film İstehsalçıları Assosiasiyasının sədri, rejissor Əli İsa Cabbarov bildirib.

O, Andrey Tarkovskinin 4 filminin dünyanın ən yaxşı filmlər siyahısı olan “İMDB Top 250” siyahısından çıxarılmasına münasibət bildirib. Əli İsa Cabbarov Tarkovsi filmlərinin İMDB siyahısından çıxarılmasını ifrat təpki kimi qiymətləndirib: Dominos pizza

“İfrata varmaq lazım deyil, amma bəzi məqamlarda boykot yaxşıdır. Bir neçə gün öncə xəbərlər yayıldı ki, İtaliya universitetlərindən biri dərslik proqramından Fyodor Dostoyevskini çıxarıb, amma sonra geri qaytarıb. Bu da ifrata varmaqdır. Həmçinin, Andrey Tarkovski filmlərinin İMDB top 250 siyahısından çıxarılması da”.

Rejissor Avropa ölkələrinin Rusiya filmlərinə qarşı tətbiq etdiyi sanksiyanın ədalətli olduğunu vurğulayıb:  

“Buna baxmayaraq, Hollivud studiyalarının Rusiya kino sahəsini boykot etməsi, yeni film layihələrində əməkdaşlıq etməməsi, öz filmlərini orada yayımlamağa icazə verməməsi ədalətli addım və iqtisadi sanksiyadır. Bu gün Rusiya kino bazarı dəhşətli təpki altındadır və tamamilə çökə bilər.

Bunlar ədalətli qərarlardır. “Netflix”in Rusiyaya aid film və serialların istehsalını dayandırması da düzgündür, bu belə də olmalıdır. Əgər dünya sənətindən yararlanmaq istəyirsənsə, özünü dünyaya layiq şəkildə aparmalısan. Özünü faşist kimi aparırsansa, niyə bundan yararlanmalısan?!”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!