Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi

saytların hazırlanması

Evə çatdırılma

Tatlısəs Ərdoğana, qızı Kılıçdaroğluna səs verdi

Siyasət

16 May 2023 08:46 668


Türkiyədəki seçki prosesində maraqlı anlar yaşanıb.

“Yeni Sabah” "qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs gözlənilməz paylaşım edib.

Belə ki, İ. Tatlısəs Rəcəb Tayyib Ərdoğana səs versə də, ifaçının qızı Kemal Kılıçdaroğluna səs verib.  pizza

Hətta Dilan son paylaşımında izləyicilərini Kılıçdaroğlunun əli ilə tutduğu ürək işarəsindən istifadə edərək ikinci turda səs verməyə çağırıb. 

Qeyd edək ki, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Türkiyədə ikinci turda keçiriləcək prezident seçkiləri zamanı daha 50 min yeni seçici səsvermə hüququna malik olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!