Tbilisidə saxlanılan etirazçılar arasında azərbaycanlılar da var?

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə saxlanılan etirazçılar arasında azərbaycanlılar da var?

Hadisə

09 Mart 2023 21:10 734


Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı aksiyalar zamanı saxlanılan şəxslər arasında azərbaycanlı olmayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat verib.

Bildirilib ki, saxlanılan və xəsarət alanlar arasında azərbaycanlı yoxdur. pizza sifarişi

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdüyünü elan edib.

Etiraz aksiyaları zamanı 130-dan çox nümayişçi saxlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!