TƏBİB ağır qəza ilə bağlı məlumat yaydı 

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB ağır qəza ilə bağlı məlumat yaydı 

Hadisə

25 Fevral 2023 12:18 1067


Ötən gün Bakıda yol qəzasında yaralanan 5 nəfərin müalicəsi davam etdirilir. 

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir. Pepperoni pizza

Ümumilikdə, TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar 5 nəfər yerləşdirilib: 

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar. Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində 2 nəfərin müalicəsinə davam edilir. Onlardan 1-nin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir. Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, - məlumatda deyilir. 

Qeyd edək ki, dünən saat 22:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!