TƏBİB-dən Əmrah Fəqanoğlunun telefonunun itməsi ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən Əmrah Fəqanoğlunun telefonunun itməsi ilə bağlı AÇIQLAMA

Sosial

06 Avqust 2020 15:04 1019


Koronavirusdan vəfat edən tanınmış jurnalist Əmrah Fəqanoğluya məxsus telefonun itdiyi barədə məlumat yayılıb.

Jurnalistin ailəsi iddia edir ki, onun telefonu müalicə aldığı “Yeni Klinika”da oğurlanıb və ya itib.

Həmçinin, iddiada qeyd edilib ki, klinikadan bununla bağlı ailəyə heç bir məlumat verilmir. Sezar pizza

Yenisabah.az-ın məlumatına görə, məsələ barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

“Klinikadan həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmadığı deyilib. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilə bilərdi və hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da klinika araşdırma aparır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!