TƏBİB-dən Lerikdə sürüşmə zamanı xəsarət alanların səhhəti haqda açıqlama

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən Lerikdə sürüşmə zamanı xəsarət alanların səhhəti haqda açıqlama

Hadisə

07 Mart 2020 14:02 834


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lerikdə sürüşmə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən "Yeni Sabah"a daxil olan məlumata görə, Lerikdə sürüşmə olan evdə xəsarət alan 2 nəfər xəstəxanaya aparılıb.

Bildirilib ki, yaralılardan bir nəfəri xəstəxanada saxlanılır, onun vəziyyəti qənaətbəxşdir. Digər yaralıya ambulator yardım göstərildikdən sonra o xəstəxanadan buraxılıb. Pepperoni pizza

Qeyd edək ki, bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub. Hadisə rayonun Çayrud kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb. A. Əlirzayev ölüb, ailənin digər iki üzvü - 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar. Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!