TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı növbəti açıqlama

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı növbəti açıqlama

Hadisə

03 Aprel 2022 21:17 506


TƏBİB Bakıda gecə klubunda baş verən partlayışla bağlı daha bir məlumat yayıb.

Qurumdan Yenisabah.az-a verilən məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. 

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.  Dördpendirli pizza

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. 

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!