TƏBİB-dən ticarət mərkəzinin qarşısındakı ağır qəza ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən ticarət mərkəzinin qarşısındakı ağır qəza ilə bağlı açıqlama

Hadisə

14 Oktyabr 2025 14:00 304


Bakıda avtomobilin vurduğu qadının son durumu açıqlanıb.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, oktyabrın 14-də saat 12:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Dominos pizza

“Təcili tibbi yardım briqadası tərəfindən 29 yaşlı (qadın) şəxsə ilkin tibbi xidmət göstərilib və müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”, - TƏBİB-dən bildirilib.

Qeyd edək ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mətkəzinin qarşısında qeydə alınıb.

Takisi kimi istifadə edilən “Honda” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən gənc qadını vurub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!