“Biz hər birimiz bu qərara riayət etməliyik ki, yoluxma sayı aşağı düşsün. Təəssüf ki, dediyiniz məqamlar mövcuddur və sizin də dediyiniz kimi, aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür".
Yenisabah.az xəbər verir ki, bunu Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, yoluxmaların artımının qarşısının alınması üçün monitorinqlər aparılır və iaşə obyektlərində neqativ məqamlar da aşkarlanır. Pepperoni pizza
Yaqut Qarayeva Nazirlər Kabinetinin qərarının hər kəs üçün keçərli olduğunu xüsusi vurğulayıb:
Biz, sadəcə olaraq, vətəndaşlarımızı yeni qaydalarla yaşamağa öyrəşməyi və həm özlərini, həm də ətrafındakıları virusdan qorumağa səsləyirik”.
Qeyd edək ki, son günlər bir sıra vəzifəli şəxslərin ailələrində toy mərasimləri xəbərləri yayılır.
Telegram kanalımız