TƏBİB gecə klubunda yaralananlarla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB gecə klubunda yaralananlarla bağlı məlumat yaydı

Hadisə

04 Aprel 2022 19:50 588


Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün ümumilikdə ambulator müalicə üçün 3 nəfər evə göndərilib. Dominos pizza

"Hazırda tibb müəssisələrində ümumilikdə 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir" - məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!