TƏBİB Gəncədə baş verən qəzaya dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Gəncədə baş verən qəzaya dair məlumat yaydı

Hadisə

09 Noyabr 2025 16:14 387


Noyabrın 8-də saat 18:50 radələrində baş verən qəzada Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə 3 nəfər (2 kişi, 1 qadın) hospitalizasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri xəstəxananın müvafiq şöbələrində davam etdirilir, vəziyyətləri orta ağırdır. Marqarita pizza

Xatırladaq ki, hərəkətdə olan "Opel" ilə "Toyota Prius" toqquşub. Qəzadan sonra idarəetmədən çıxan “Opel” səki gedən hər ikisi 2008-ci il təvəllüdlü piyadalar R.Həsənzadə və M. Hacıyevi vurub. Xəsarət alan hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, piyadaları vuran avtomobilin sürücüsü qəzadan sonra hadisə yerindən yayınıb. Hazırda əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!