Lamiyə Qanbayevaya 11 bıçaq zərbəsi vuran keçmiş əri intihara cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Lamiyə Qanbayevaya 11 bıçaq zərbəsi vuran keçmiş əri intihara cəhd etdi

Hadisə

07 Oktyabr 2025 11:45 242


Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırma zamanı 1988-ci il  Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə  Lamiyə Qanbayevanı  qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. pizza sifarişi

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!